Fars alimləri iddia edir: Qərb pəhrizi yeniyetmə qızları aqressivləşdirir
15.04.2023 10:54

Tehran Tibb Elmləri Universitetinin mütəxəssisləri qidalanma növünün yeniyetmələrin xarakterinə təsiri ilə bağlı araşdırma aparıblar.

Aztibb.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqata cəlb olunan iştirakçılar 12-18 yaşlı 670 qız olub. Onların arasında yemək seçimləri, xarakter keyfiyyətləri, emosionallıq səviyyəsi barədə anket sorğusu aparılıb.

Tədqiqatçıların məqsədi iştirakçıların aqressivlik səviyyəsini müəyyən etmək və onu pəhrizin müəyyən xüsusiyyətləri ilə əlaqələndirmək idi.

Mütəxəssislər üç növ qidalanma müəyyən ediblər: “Qərb pəhrizi”, sağlam qida və fast food. Məlum olub ki, ən yüksək aqressiya birincidən sonra özünü göstərib.

Qərb pəhrizi nədir? Bu çoxlu qırmızı ət, sənaye şirələri, hər cür desertlərdir. Bu cür qidaların aqressivliyin artmasına tam olaraq necə təsir etməsi gələcəkdə də tədqiqat obyekti olacaq. Ancaq ilkin təsir aydındır.

Ət yeməklərinə üstünlük verilməsinə gəldikdə, onların artan aqressivliyə dair proqnozu barədə əvvəllər də fikir irəli sürülüb. Müəlliflər ümid edirlər ki, pəhrizi tənzimləməklə yeniyetmələrin aqressivliyinə təsir göstərməyə kömək edəcək daha ətraflı məlumat əldə ediləcək.

Tədqiqatın nəticələri “Brain and Behavior” jurnalında dərc edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev