Hormonal qarın: Qadınların yanlarında və belində yağ yığılmasının 3 səbəbi
13.04.2023 12:11

Əgər insan əsasən bel nahiyəsində kilo alırsa, bunun səbəbi hormonal pozğunluqlar ola bilər.

 

Aztibb.az doctorpiter.ru-ya istinadən yazır ki, hormonal pozğunluq olduğu təqdirdə artıq çəki ilə mübarizə aparmaq çox çətindir. 


Müəyyən bir nöqtəyə qədər bir çox qadın və kişilərin əksəriyyəti qidalanmaya nəzarət edərək, idman salonuna müntəzəm səfərlər edərək və ümumi fiziki fəaliyyəti artıraraq özlərini formada saxlamağa nail olurlar.


Ancaq 40 yaşdan sonra qarnının böyüməsi və yağın beldə yığılması daha sıx görülür. Bunun səbəbi hormonlardır. Bu tip artıq çəki ilə mübarizə aparmaq çox çətindir, çünki yağ bir növ "yağ tələləri"ndədir.

Bunlar yağların ən tez və asanlıqla yığıldığı sahələrdir, məşq və pəhriz vasitəsilə onu bu bölgələrdən yandırmaq olduqca çətindir.

Endokrinoloq, qidalanma mütəxəssisi Daria Neçayeva qadınlarda hormonal qarının hansı səbəblərdən yarandığını izah edib:

Genetik meyl
Əgər ailədə hər kəs kiloludursa risk xeyli yüksəkdir, ona görə də siz erkən yaşdan qidalanmanıza və fəaliyyətinizə diqqət yetirməlisiniz. 

Daimi stress
Bu vəziyyət dərialtı və qarın yağının yığılmasını stimullaşdıran kortizolun sərbəst buraxılmasına səbəb olur.

Yaş dəyişiklikləri
Yaşlandıqca fiziki olaraq yavaşlayırıq, maddələr mübadiləsimiz zəifləyir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev