Hepatit B virusunun yoluxma yolları – Hepatoloq sadaladı
12.04.2023 12:13

Hepatit B xəstəliyi üç əsas yolla yoluxur.

Perinatal (hamiləlik zamanı)
Seksual (cinsi yol)
Parenteral (perkutan)

Aztibb.az xəbər verir ki, hepatoloq Tofiq Əkbərovun bildirdiyinə görə, qeyd olunanlarla yanaşı HBV-nin aşağıdakı yoluxma yolları da mümkündür:

-Tər və göz yaşından nadir halda olsa da virusun yoluxmasına rast gəlinir. Hepatit B xəstəliyi QİÇS xəstəliyindən 100 dəfə daha təhlükəlidir. Bunun səbəbi isə infektə olmuş 1 mm3 qanın hətta 1/10000 hissəsi belə insanın bu xəstəliyə yoluxmasına bəs edir.

-B virusu daşıyan bir şəxs ilə bilərək və ya bilməyərək cinsi yaxınlıq etmək

-Uyuşdurucu maddə asılılığı olan şəxslərin eyni iynədən istifadə etməsi

-Qeyri-steril şəraitdə icra olunan qulaq deşilməsi

-Qan qardaşı olmaq

-Son günlərdə gənclər arasında qeyri-steril şəraitdə burun və göbəkdə deşik açmaq

-İnfeksiyalaşmış alətlərlə icra olunan manikür və pedikür

-Steril olmayan alətlərlə icra olunan sünnət

-Dəri içərisinə olunan döymələr (tatto). İynə təmiz olsa belə, boya qabında virus ola bilər.

-B virusu daşıyan anadan övladına yoluxma (süd ilə deyil)

-B virusu daşıyan anadan plasenta yolu ilə dölə keçmə.

Ana hamiləliyin 1-ci və 2-ci üç aylığında aktiv hepatitə yoluxmuşsa dölə keçmə şansı çox azdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib