Trapezius əzələsi xüsusi funksiyalara malikdir
12.04.2023 16:00

Trapezius əzələsi stres, gərginlik, narahatlıq və depressiv vəziyyətlərdə asanlıqla gərginləşən və ağrıya səbəb olan əzələlərdən biridir. Trapezius bədənimizdəki əsas əzələlərdən biri kimi çiyinlərimizə, boynumuza və yuxarı-orta kürək nahiyyəsinə yapışır.

Aztibb.az xəbər verir ki, uzman fizioterapevt Rüfət Cabbarlı orqanizmdə mühüm əhəmiyyətə malik trapezius əzələsi və onun funksiyası haqqında məlumat verib.

"Bu əzələ kürək nahiyəmizin ən səthi əzələsidir. Üst, orta və aşağı trapezius olmaqla 3 hissəyə bölünür. Trapezius əzələsi kürək sümüyünün hərəkətlərindən məsuldur",- həkim bildirib.

Qeyd edib ki, düzgün duruş üçün trapezius əzələsinin sağlamlığı çox vacibdir. Əzələnin güclü və çevik olması, tətik nöqtələri və spazmların olmaması, sağlam dayaq-hərəkət sistemi və ağrısız bir həyat üçün vacibdir.

Həmçinin əlavə edib ki, fizioterapevtik proseduralar və müalicəvi idmanlar bu əzələnin problemlərinin müalicəsində çox uğurlu nəticələr verir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev