Tualet kağızından istifadə hansı hallarda təhlükəlidir?
10.04.2023 19:04

Məlum olub ki, tualet kağızından istifadə bəzən sağlamlığımız üçün təhlükəli ola bilər. Bəzi insanlar hətta yaş salfetlərdən də istifadə edə bilmirlər.

Hemoroid və anal çatlar bədənin anorektal bölgəsinə təsir edən iki ümumi xəstəlikdir.

Aztibb.az novostivl.ru-ya istinadən xəbər verir ki, salfetlər bu xəstəliklərdən əziyyət çəkənlərə böyük narahatlıq və ağrı verə bilərlər.

Bir neçə müalicə variantı mövcud olsa da, onların sağalmasının vacib aspektlərindən biri, bir çox insanın gözdən qaçırdığı tualet vərdişləridir.

Mütəxəssislərin sözlərinə görə, hemoroid və ya anal çatlardan əziyyət çəkən insanlar tualet kağızından istifadə etməməlidirlər, çünki bu, sağalmanı ləngidə bilər.

Bu, tualet kağızının onsuz da həssas olan bölgənin iltihabına səbəb ola biləcəyi ilə bağlıdır. Bundan əlavə, infeksiyanın düz bağırsaqdan sidik yollarına və ya cinsiyyət orqanlarına keçmə riski var.

Həmçinin rektum xəstəlikləri və qəbizliyi olan insanlara həm quru, həm də yaş salfetlərdən istifadə etməmək, su ilə yuyunmaq tövsiyə edilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev