Həkim: Yuxu rutini sağlamlığımızı yaxşılaşdıran vərdişdir
10.04.2023 13:35

Yuxu sağlam həyat üçün vacibdir. Bədənimiz yuxu zamanı yenilənir və təmir olunduğu üçün növbəti günə uyğunlaşır.

Aztibb.az xəbər verir ki, qastrenteroloq Nərmin Novruzovanın tövsiyə etdiyi kimi gözəl yuxu üçün edə biləcəyimiz ən sadə şey yuxu rutininin yaradılmasıdır.

Bu, əslində heç birimiz üçün yad deyil, uşaq ikən hamımızın belə bir rejimi var idi və həqiqətən də işə yarayırdı.

Odur ki, rutinə qayıtmağın vaxtıdır.

Çünki son araşdırmalar göstərir ki, yuxu rejimi təkcə yuxunu yaxşılaşdırmır, həm də hormonal tarazlığı təmin edir, beynin fəaliyyətini yaxşılaşdırır, stress və narahatlığı azaldır. Sağlamlığımızı yaxşılaşdıran bir vərdiş olaraq mühüm rola malikdir.

Gündəlik görüləsi işlərin ardıcıllığı və yuxu rutini

▪Axırıncı kofeni saat 14:00-da, son çayı isə 17:00-da içmək,
▪Son idman məşqini saat 18:00-da, son yeməyi yatmadan 3 saat əvvəl yemək.
▪Saat 21:00 kimi stress keçiririksə, duş qəbul edirik və ya musiqi dinləyirik
▪Yatmazdan 1-2 saat əvvəl elektronikanı söndürmək,
▪Biz meditasiya edə və ya sakitləşdirici musiqi dinləyə bilərik.
▪İstəyə görə rahatlaşdırıcı bitki çayı içə bilərik,
▪22:00 radələrində maqnezium və yaxud melatonin içə bilərik.Təbii ki, həkim nəzrəti ilə.

Məqsədimiz ən geci 23:00-da yatağa girib, 23:30-da yuxuya getməkdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev