AST nədir? – Normadan yüksək olarsa...
06.04.2023 12:05

AST (Aspartat aminotransferaza) qaraciyər zədələnməsinin və bir çox qaraciyər xəstəliyinin diaqnozunun qoyulması üçün aparılan biokimyəvi labaratoriya analizidir.

Aztibb.az xəbər verir ki, hepatoloq Tofiq Əkbərovun bildirdiyinə görə, tək başına klinik bir məna ifadə etməyən AST, Alanin Aminotransferaza (ALT) ilə birlikdə yoxlanılır. Hər iki analizin nisbəti hesablanaraq qaraciyər zədələnməsinin dəyərləndirilməsində və qaraciyər xəstəliklərinin diaqnozunun qoyulmasında istifadə olunur.

Həkim qeyd edib ki, Aspartat Aminotransferazın qanda miqdarının çox olması, qaraciyər zədələnməsi və xəstəlikləri başda olmaqla,AST fermenti mövcud olan ürək, beyin, böyrək və əzələlərinin zədələnməsinin də əlaməti ola bilər. Bəzi hallarda qaraciyərin həddindən artıq yükləndiyini göstərən yüksək AST, insanın həddindən artıq zəhərli maddələrin təsirlərə məruz qaldığını da göstərə bilər.

Hepatoloq AST testinin hansı hallarda edilə biləcəyini də deyib:

Hepatit virusların ilə xəstələnmə;
Həddindən artıq spirtli içki istifadəsi;
Qaraciyər üçün toksiki təsiri ola biləcək dərman istifadəsi zamanı;
Ailənizdə qaraciyər xəstəliyi varsa;
Artıq çəkidən əziyyət çəkirsinizsə;
Diabet və ya metabolik sindromunuz varsa;
Qaraciyər piylənmə;
Sarılıq;
Davamlı yorğunluq;
Qeyri-adi zəiflik;
Qarın şişməsi;
Qarın ağrısı;
İştahsızlıq;
Dəridə qaşınma;
Tünd sidik;
Ürək bulanması;
Baldırda, ayaq biləklərində şişkinlik və s.

“AST analizi 8-14 saat gecə aclığından sonra verilməlidir. Heç bir narahatlıq hiss etməyən şəxslər belə ildə 1 dəfə ALT və AST analizlərini verməlidir. Sağlamlığnızı qorumaq üçün rutin olaraq müayinələrdən keçmək mütləqdir”, – həkim tövsiyə edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev