Qaraciyər niyə lal orqan adlandırılır?
05.04.2023 14:54

Qaraciyəri lal orqan adlandıdırlar. Bunun səbəbi qaraciyərdə sinir uclarının olmaması və bu səbəbdən ağrımamasıdır. Bəzən qaraciyərdə hətta ciddi dəyişikliklər olduqda insan bu nahiyyədə heç bir ağrı hiss etmir.

Aztibb.az xəbər verir ki, hepatoloq Tofiq Əkbərov bu səbəbdən qaraciyər xəstəliklərinin ilk gizli simptomlarını bilməyin vacib olduğunu deyib. Bu da vaxtında həkimə müraciət üçün zəruridir.

Qida qəbulundan, xüsusilə yağlı qidaların qəbulundan sonra həzmsizlik simptomları;
Köp, qarında ağırlıq hissi, bəzən ishal:
Oynaq və əzələlərdə səbəbsiz ağrılar;
Səbəbsiz yorğunluq;
Dəridə qaşınma, səpgilərin əmələ gəlməsi, dərinin rənginin pisləşməsi;
İştahanın azalması, arıqlama.

Həkim qeyd edib ki, bu kimi halların baş verdiyini sezsəniz, dərhal, vaxt itirmədən həkimə müraciət edin.

Qaraciyər insanın ən vacib orqanıdır. Onun müalicəsi bəzən illər, bəzən bir ömür boyu çəkir. Bəzən isə heç olmur. Bu kimi problemlərə məruz qalmamaq üçün müntəzəm olaraq qaraciyərinizi yoxlatdırmaq məsləhətdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev