Yapon alimləri: Gecələr işıqda yatmaq olmaz
05.04.2023 19:47

Yapon alimləri müəyyən ediblər ki, süni işıq altında gecə yatmaq orqanizmin sağlamlığına mənfi təsir göstərir.


Aztibb.az involta.media-ya istinadən yazır ki, mütəxəssislər 63-84 yaş arası 550-dən çox insanın iştirak etdiyi eksperimentdən sonra belə qənaətə gəliblər.

Könüllülərin yarısından az hissəsi gecələr qaranlıqda yatıb. Qalanları lampa, televizor və digər işıqlandırma cihazları yandırılmış halda yuxuya gediblər. İkinci qrup şəkərli diabet, yüksək təzyiq və piylənmədən daha çox əziyyət çəkirdi. Səbəb sirkadiyalı ritmin pozulmasıdır.

Mütəxəssislər tövsiyə edir ki, sağlam yuxu üçün bütün işıq mənbələrini aradan qaldırın. Bunun üçün təkcə elektrik cihazlarını söndürmək deyil, həm də yatağı pəncərədən uzaqlaşdırmaq, pərdələri möhkəm bağlamaq lazımdır. Həmçinin xüsusi göz maskalarından istifadə etmək tövsiyə olunur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev