Bilməli olduğumuz tibb ixtisası: Dermatoveneroloq
03.04.2023 10:31

Dermatoveneroloq kimdir? Dermatoveneroloq - cinsi yolla keçən və dəri xəstəliklərinin diaqnostikası və sonrakı müalicəsi, habelə onların qarşısının alınması ilə bağlı profilaktik tədbirlərlə bağlı əvvəllər müvafiq təlim keçmiş mütəxəssisdir.

Aztibb.az tibbin bu ixtisası və ixtisas üzrə həkimin vəzifələri haqqında qısa məlumatı təqdim edir:

Dermatoveneroloq ixtisasına sahib olan həkimlər dəri və zöhrəvi, yəni dəri xəstəlikləri və cinsi yolla yoluxan xəstəlikləri müalicə edirlər. Dermatoveneroloq sözü dermatoloq və veneroloq sözlərinin birləşməsindən əmələ gəlmişdir. Dermatoloq dedikdə dəri həkimi veneroloq dedikdə isə zöhrəvi xəstəlikləri həkimi nəzərdə tutulur. Adətən dermatoloq və veneroloq eyni həkim olduğu üçün onlara dermatoveneroloq deyə müraciət edir.

Dermatoveneroloq həkimlə əlaqə saxlamağın səbəbi: qaşınma ilə müşayiət oluna bilən dəri və selikli qişalarda döküntü. xarici cinsiyyət orqanlarında qaşınma, səpgilər və ya xoralar, onların xoşagəlməz qoxusu qasıqda şişkin limfa düyünləri. Yuxarıda göstərilən simptomların hamısı sidik ifrazı zamanı ağrı, dəridə, qasıqda və başda saç tökülməsi ilə də müşayiət oluna bilər. Unutmayın ki, heç bir halda bu təzahürləri özünüz müalicə etməyə çalışmamalısınız, venerologiya və dermatologiya üzrə ixtisaslaşmış mərkəzlə əlaqə saxlamalısınız.

Dermatoveneroloqların xəstələrə verdiyi xidmətlər spektrumu çox genişdir. Bu ixtisas sahiblərinin müayinə və müalicə etdikləri xəstəlik çeşidləri digər tibb ixtisas sahibləri ilə müqayisədə daha genişdir.

Dermatoveneroloqların verdiyi xidmətlər:

 

Dəri cərrahiyyəsi
Pediatrik dermatologiya
Kosmetik və estetik dermatologiya
Dermatopatologiya
Venerologiya
Dermato-onkologiya
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev