Revmatoidli artritdə ayaqqabı seçimi
01.04.2023 12:32

Ayaqqabılarınız topuqlarınıza, dizlərinizə, bud-çanaq və onurğanıza, beləliklə bütün duruşunuza təsir edir. Sizə uyğun ayaqqabı geyinmək revmatoid artritdə təsirlənən oynaqları dəstəkləyə bilər.

Aztibb.az xəbər verir ki, revmatoloq Camal Hacıyev bu barədə instaqram səhifəsində məlumat paylaşıb.

“Ayaqqabılarınız nə çox dar, nə də çox geniş olmalıdır. Ayağın heç bir nöqtəsinə təzyiq etməməlidir. Bağlı ayaqqabılar təzyiq sahələrini tənzimləməyə imkan verir”, – həkim bildirib.

Qeyd edib ki, 2 fərqli cüt ayaqqabının olması yaxşı fikirdir. Beləliklə, gəzinti zamanı ayaqlarınızın daim təzyiq altında qalmasının qarşısını ala bilərsiniz. Gəzintiyə çıxdığınız ayaqqabının rahat olmasına diqqət etməlisiniz.

Hündürdaban ayaqqabılardan çəkinməlisiniz. 6-7 sm daban geyinmək ayağınıza 2-3 sm dabandan 7 dəfə çox təzyiq göstərə bilər. O, həmçinin diz və bud-çanaq oynağındakı yükü artıra bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Neftçalada tibbi aksiya: “Erkən müayinə can qurtarır!”