Tarixdə ilk dəfə bitkiləri məhv edən göbələk insanlara yoluxub
31.03.2023 10:08

Həkimlər bitkilərdə ölümcül gümüş yarpaq xəstəliyinə səbəb olan və yoluxmuş budağın yarpaqlarının gümüşü rəng almasından sonra ölməsinə səbəb olan “Chondrostereum purpureum” göbələyinə ilk yoluxma hadisəsi barədə məlumat veriblər.

Aztibb.az ridus.ru-ya istinadən xəbər verir ki, Hindistanın Şərq bölgəsindən olan 61 yaşlı mikoloq boğazda xırıltı, yorğunluq, öskürək və udma çətinliyi kimi bir sıra qripə bənzər simptomlar üçün həkimə müraciət edib.

Döş qəfəsinin rentgenoqrafiyası normal görünüb, lakin boyun CT müayinəsi absesi aşkar edilərək ondan nümunə götürülüb və analiz üçün göndərilib.

Ştamın müəyyən edilməsi üçün bir neçə uğursuz cəhddən sonra nümunə ÜST-nin müvafiq mərkəzinə göndərilib və göbələyin növü təyin edilib. Xəstə mikoloq olub və göbələk və kiflərin yanında uzun müddət qaldığını təsdiqləyib.

Bu xəstəliklərin bitkilərdəki patogenlər tərəfindən törədilə biləcəyini göstərən narahatedici vəziyyətdir və zəif insanlar üçün xüsusi təhlükə yaradır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır