Ambliopiya - Tənbəl göz sindromu
01.04.2023 10:21

Oftalmologiyada ambliopiya görmənin birtərəfli zəifləməsinin aparıcı səbəblərindən biri kimi dəyərləndirilir. Bütün dünyada ambliopiyadan əziyyət çəkənlər əhalinin 2%-ni təşkil edir.

Aztibb.az xəbər verir ki, oftalmoloq Naibə Bağırovanın bildirdiyinə görə, uşaqlıq dövrünün xəstəliyi olan bu problemin mühüm aspekti onun erkən aşkarlanması və korreksiyasıdır.

Həkim qeyd edir ki, patologiyanın inkişaf dövründən asılı olaraq birincili (anadangəlmə) və ikincili ambliopiya ayırd edilir. Səbəbindən asılı olaraq ikincili ambliopiyaların bir neçə forması var: strabizmatik (disbinokulyar), obskurasion (vahid görmə pozulmuş), refraksion, anizometropik, isterik, qarışıq.

Ambliopiyanın çoxsaylı formalarının olmasına baxmayaraq, xəstəliyin inkişaf mexanizmi bütün hallarda vahid görmə pozulmuş və ya mərkəzi görmənin funksional zəifləməsinə gətirib çıxaran patoloji binokulyar birləşmələrlə əlaqəlidir.

“Ambliopiyanın profilaktikasına uşağın bir ayından etibarən müntəzəm dispanser müayinəsi yolu ilə nail olunur. Gözün optik mühitinin bulanıqlaşması, ptoz, nistaqm, çəpgözlük aşkar olunarsa, defektlərin erkən aradan qaldırılması mütləqdir. Xəstəliyin müalicəsində davamlı effekt tam müalicə kursunun keçirilməsi, həkimin təlimatlarına (eynəklərin, göz plastrlarının istifadəsi, müntəzəm müayinə) dəqiq əməl olunması zamanı əldə olunur”, – həkim bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev