Gözəl musiqi dinləmək dərmanları daha təsirli edir - TƏDQİQAT
02.04.2023 10:22

Musiqinin, mahnıların insana müsbət təsiri çoxdan məlumdur. Bu aksiom müasir alimlər tərəfindən dəfələrlə təsdiqlənib.

Aztibb.az planet-today.ru-ya istinadən xəbər verir ki, çoxsaylı tədqiqatların da göstərdiyi kimi sevimli melodiyalar dərmanların effektivliyini artıra bilər.

Ailə həkimi Tatyana Zaxarova musiqinin kimyaterapiyada istifadə olunan dərmanların effektivliyinə təsiri ilə bağlı araşdırmanın nəticələrini şərh edib.

Mütəxəssis deyir ki, ağrı, narahatlıq nevroloji hadisələrdir, onların şiddəti bu vəziyyətlərin beyin tərəfindən necə qiymətləndirilməsi və şərh edilməsindən asılıdır.

Alimlər kimyaterapiya prosedurlarından sonra xəstələrin sevimli mahnı və melodiyalarını dinlədikləri təqdirdə vəziyyətlərinin necə dəyişdiyini araşdırıblar. Məlum olub ki, bu, həmişə xoşagəlməz hisslərin şiddətini azaldan amil kimi görülüb.

Məsələn, mülicə zamanı ürəkbulanma nevroloji halı baş verir. Bu hal ürəkbulanma alqoritmində iştirak edən serotoninlə əlaqələndirilir. Xəstələr onlarda müsbət emosiyalar oyadan musiqiyə qulaq asanda bu hormonun səviyyəsi aşağı düşüb. Və bununla birlikdə ürəkbulanma da azalıb. Bu, musiqinin beynin neyron şəbəkəsinə təsiri ilə baş verir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev