İnsan onurğası haqqında maraqlı faktlar
28.03.2023 12:50

Doğulduğumuz zaman cəmi 33 fəqərəmiz olur. Yetkinləşdikcə bu say 26-ya qədər azalır.

Səhər yuxudan oyananda boyumuz uzanmış olur. Bunun səbəbi isə 8 saat və daha artıq yatdığımız zaman qığırdaqlarımızın genişlənməsidir.

Aztibb.az xəbər verir ki, Bakı Neyrocərrahiyyə Mərkəzi sosial şəbəkədə bununla bağlı məlumat paylaşıb.

Kosmonavtlar uzun bir fasilədən sonra Yerə qayıtdıqda da boyları artmış olur. Bunun səbəbi isə kosmosda cazibə qüvvəsi ilə mübarizə aparmadıqları və nəticədə yenə fəqərələrarası qığırdaqların genişlənməsidir.

Sağlam insanın onurğa sümüyü çox elastikdir.

Onurğanın da yaddaşı var. Mərkəzi sinir sisteminin bir hissəsi olaraq onurğa beynində öyrənmə və yaddaş üçün elementar mexanizmlər var. Bu mexanizmlər beyində olduğu kimi olmasa da, onurğanın yaşadığı travmaları və ağrını qavraya bilir. Beləliklə, travma sağalana qədər həmin ağrıları qoruyur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev