Populyar pəhriz - Su orucu
25.03.2023 11:23

Bir qrup alimlər hesab edir ki, su orucu daxili orqanların, dərinin təmizlənməsinə və yağların yandırılmasına təsir edir. Digər qrup isə orqanizmə ciddi zərər verdiyi qənaətindədir.

Aztibb.az xəbər verir ki, pəhrizin tələbinə görə, gün ərzində sudan başqa heç nə qəbul etməməlisən. Oruc 24 saat ilə 72 saat davam edə bilər. Orucu 3 gündən artıq tutmaq istəyirsinizsə, bu, mütləq həkim nəzarətində aparılmalıdır. Su orucu hər kəsin orqanizmi üçün əlverişli olmaya bilər.

Bədən ac qalanda enerji mənbəyi kimi yağlardan istifadə edir. Bu səbəbdən orqanizmdə toplanan yağlar yandırılmağa başlanır və artıq çəki sürətlə azalmağa doğru gedir.

Bununla belə pəhriz mütəxəssisləri su orucu ilə sürətlə arıqlamaq əvəzinə sağlam qidalanmaqla, düzgün yollarla tədricən və daimi məşqlər sayəsində arıqlamağı məsləhət görür.

Digər araşdırmalarda suyun bir çox xroniki xəstəlik riskini azaltdığı iddia edilir. Orta əsrlər dövrünün ən böyük təbiblərindən olan İbn Sinanın da xəstələrinə 3 günlük şəfa orucunu tövsiyə etdiyi barədə fikirlər mövcuddur. Bundan başqa, bəzi cəmiyyətlərdə su orucunun nəinki fizioloji təmizlənmə, psixoloji təmizlənmə funksiyasını yerinə yetirdiyinə dair inanclar var.

Kanserogen maddələr və s. qeyri-sağlam qidalar sayəsində orqanizmə daxil olan toksik maddələrin su orucu vasitəsiylə təmizləndiyi qulağa xoş gəlsə də, bu məsələlərdə kifayət qədər elmi işlər yoxdur. Odur ki, dəqiq nəticələrə gəlmək üçün elmi araşdırmalar hələ davam etdirilməlidir.

Tədqiqatlar göstərib ki, su orucu həddən artıq arıqlamağa gətirib çıxara bilər. Lakin itirilən çəkinin çoxunu su, karbohidrat və əzələlər təşkil edir. Bu səbəbdən su orucu bitdikdən sonra əzələ kütləsində xeyli azalma yarana bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev