Xroniki öskürək havanın çirklənməsi nəticəsində yarana bilər
25.03.2023 10:38

İstanbul Universitetinin professoru Bilun Gemicioğlu, aylardır davam edən xroniki öskürəyin səbəblərindən birinin hava çirkliliyi ola biləcəyini bildirib.

 

Aztibb.az cumhuriyet.com.tr-yə istinadən xəbər verir ki, dünyanın hər gün ən böyük problemlərindən biri olan havanın çirklənməsi səbəbindən dünyada hər il milyonlarla insan həyatını itirir.

 

Sürətli və plansız urbanizasiya, nəqliyyatın çoxluğu, keyfiyyətsiz yanacağın istifadəsi kimi müxtəlif səbəblərdən 30-dan çox maddə havanı çirkləndirir. Aldığınız hər nəfəs bədənə zərər verir və bir çox xəstəliklərə səbəb olur.

 

Alim mövzu ilə bağlı açıqlamasında hava çirkliliyinin bütün dünyada günü-gündən artmağa davam etdiyini bildirib.

 

Artımdan dünya əhalisinin yüzdə 90-ının təsirləndiyini ifadə edən professor  qeyd edib ki, hava çirkliliyi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi müəyyən standartlar var. Təəssüf ki, dünyanın bir çox yerində hava çirkliliyi bu standartı ötüb.

 

İnsanlarda xroniki öskürəyin bir çox səbəbinin olduğunu vurğulayan B.Gemicioğlu əlavə edib ki, reflü və ya burun axıntısı da xroniki öskürəyə səbəb ola bilər: “Amma iki aydan çox davam edən xroniki öskürəyiniz varsa, davamlı çirkli havada çalışan insanlarda öskürəyin səbəbi hava çirkliliyi ola bilər. Bu, təhlükədir, həm ölümün, həm də bir çox xəstəliklərin əsas səbəbidir”.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır