Piylənmə hansı halda əməliyyat tələb edir?
16.03.2023 13:09

Bədən kütlə indeksi 30-dan artıq olan insanlar piylənmə mərhələsində hesab olunur. Bəs hansı halda əməliyyat uyğun bilinir?


Aztibb.az xəbər verir ki, ümumi cərrah Toğrul Məhərrəmov bu barədə "Instagram" səhifəsində məlumat paylaşıb.
 
Həkim bildirib ki, çəkinin boyun kvadratına bölünməsi ilə əldə olunan rəqəm bədən kütlə indeksi sayılır. Bədən kütlə indeksi 20-25 arasında olan insan normal, 25-30 arasında olan artıq çəkili (kökəlmiş), 30-35 I dərəcə, 35-40 II dərəcə, 40-dan çox isə aşırı piylənmə mərhələsindədir.


Əgər insanda bir sıra xəstəliklər, məsələn, şəkərli diabet, yüksək təzyiq varsa və indeks 40-dan artıqdırsa buna "ölümcül artıq çəki" deyilir.


Həkim qeyd edib ki, belə olduqda bariatrik əməliyyat aşağıdakı xəstələr üçün uyğundur:


-bədən kütlə indeksi 40-dan çox olan xəstələr,
-bədən kütlə indeksi 35-dən çox olub, yanaşı xəstəliyi olanlar,
-1 illik pəhriz, dərman müalicəsi və nizamlı fiziki fəaliyyətə baxmayaraq kilo verə bilməyənlər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev