Nə vaxt məşq etmək daha faydalıdır? Səhər, yoxsa axşam? 
18.02.2023 11:12

Günün müxtəlif vaxtlarında fiziki fəaliyyət bədənimizə müxtəlif yollarla təsir edə bilər, çünki bioloji proseslər yandırılan yağ miqdarına da təsir göstərir. 

 

Aztibb.az zdr.ru-ya istinadən xəbər verir ki, günün vaxtının yağ yandırmağa necə təsir etdiyini öyrənmək üçün Kopenhagen Universitetinin tədqiqatçıları günün iki ayrı vaxtlarında yüksək intensivlikli məşq seansından sonra siçanların yağ toxumasını tədqiq ediblər. Xüsusilə, yağ mübadiləsinin müxtəlif göstəriciləri və məşqdən dərhal sonra piy toxumasının fəaliyyəti ilə əlaqəli genlərin vəziyyəti öyrənilib. 

 

Təhlillərin nəticələri göstərib ki, heyvanların aktiv oyanması dövrünə düşən birinci (səhər) mərhələdə daha yüksək metabolizm və termogenez sürəti, həmçinin metabolik genlərin daha aydın transkripsiyası müşahidə olunub. İkinci mərhələdə isə birincidə olduğu qədər effektiv nəticələr müşahidə edilməyib. 

 

Tədqiqat müəllifləri izah ediblər ki, düzgün zamanlama bədənin enerji balansı və faydalı məşq üçün vacibdir. Lakin siçanlarla təcrübənin göstəricilərinin insanlara uyğunluğu ilə bağlı hər hansı qəti nəticə çıxarmaq üçün daha çox araşdırmaya ehtiyac var. Gələcəkdə əldə edilən məlumatlar təlim planı hazırlamaq üçün faydalı ola bilər. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır