Son iki ay ərzində Azərbaycanda COVID-19-a yoluxma hallarının sayında sabitləşmə müşahidə edirik - Hande Harmancı
05.10.2020 22:21

Azərbaycanda mövcud olan münaqişəli vəziyyət COVID-19-un yayılmasının qarşısını almaq üçün bəzi çətinliklər yaradır. Aztibb.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. Mövcud vəziyyətlə bağlı o, öz tövsiyələrini verib: "Fürsətdən istifadə edərək bildirirəm ki, münaqişə və pandemiya nəticəsində zərər çəkmiş insanların ağrı-acısını bölüşürəm və onlara səbir diləyirəm.

 

Bu vəziyyətdə özümüzü qorumaq üçün nə edə bilərik? Bu günlərdə bir çox insan qrup halında küçələrə toplaşır və bu, COVID-19-un yayılması üçün risk yaradır.

 

Mövcud şəraitdə ən azı 1 metr fiziki məsafə saxlamalı və ya maska taxmalıyıq. Əllərimizi tez-tez yumalı, asqıranda və öskürəndə ağzımızı dirsək büküyümüzlə və ya salfetlə bağlamalıyıq.

 

Aydındır ki, bir yerə toplaşarkən bu qaydalara riayət etmək asan deyil. Lakin bu sadə tədbirlər yoluxmanın qarşısını ala bilər.

 

Son iki ay ərzində Azərbaycanda COVID-19-a yoluxma hallarının sayında sabitləşmə müşahidə edirik. Bu yaxşı bir göstəricidir və bu qazancdan faydalanaraq daha da irəliləyişlər əldə etmək lazımdır.

 

Gəlin birlikdə mübarizə aparaq. Özümüzün və sevdiklərimizin sağlamlığı bizdən asılıdır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib