Yapon alimi: Gündəlik isti vanna bəzi xəstəliklərin riskini azaldır
11.02.2023 13:21

Çimməyin tezliyinin xəstəliklərin inkişaf riskinə təsir göstərdiyi bir daha müəyyən olunub. Yapon alimi Şinya Hayasaka iddia edir ki, 40-50 yaş arası insanların gündəlik çimməsi miokard infarktı və insult riskini xeyli azaldır. 

 

Aztibb.az live24.ru-ya istinadən xəbər verir ki, yapon həkimləri bir neçə il ərzində 40-50 yaşlı 30 minə yaxın insanın həyat tərzini izləyib və müəyyən ediblər ki, hər gün vanna qəbul etmək insult və miokard infarktının qarşısını alır. 

 

Daha bir müşahidə üç il ərzində 65 yaşdan yuxarı on dörd min nəfər üçün aparılıb. Nəticə göstərib ki, hər gün vanna qəbul edənlərin sağlamlıq problemləri riski həftədə iki dəfədən az vanna qəbul edənlərlə müqayisədə demək olar ki, otuz faiz aşağıdır. 

 

Ş.Hayasaka bildirib ki, hamamda suyun temperaturu 40 dərəcə olmalıdır, düş və ya vanna qəbulunun optimal müddəti on dəqiqədir. Həkim bədəni hər dəfə sabun və ya gel ilə süngərlə sürtməyi məsləhət görmür. Sadəcə sabunu əllərinizlə köpürtmək və bədəninizi yumaq lazımdır. Prosedurdan əvvəl və sonra bir-iki stəkan su içməklə su balansını qorumaq məsləhətdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev