İranda bütün şəhərlər “qırmızı zona”ya daxil edildi
05.10.2020 11:38

İranda koronavirus qurbanlarının sayı 27 min nəfərə çatıb.

 

Aztibb.az-ın məlumatına görə, Tehranda bir gündə 136 ölüm faktının qeydə alınması və 4500 nəfərin şəhər xəstəxanalarına yerləşdirilməsilə fövqəladə-kəskin vəziyyətin elan edilməsi, ölkə rəsmilərini paytaxtda koronavirusla mübarizədə daha ciddi addımlar atmağa məcbur edib.

 

Tehran vilayətinin başçısı Ənuşirəvan Möhsüni Bəndpeyin sözlərinə görə, bu həftədən etibarən paytaxtın bir sıra idarə və müəssisələrinin işçilərinə uzaqdan işləmək təklifi verilib. Evlərdən çıxarkən maska taxmaq məcburidi. O, lüzumsuz səyahətlərə görə cərimə tətbiq olunacağını açıqlayıb.

 

Tehran vilayətində yoluxma hallarıının və xəstəxanaya yerləşdirilənlərin sayının artdığını qeyd edən Ənuşirəvan Möhsüni Bəndpey bildirib ki, gündəlik xəstəxanaya yerləşdirilənlər sağalan xəstələrin sayından çoxdur. Onun sözlərinə görə, son bir ayda Tehranda xəstəxanalara və tibbi mərkəzlərə müraciət edən xəstələrin sayı gündəlik 70 nəfərdən çox artıb.

 

Tehran Şəhər Şurasının sədri Möhsün Haşimi isə "koronavirus qurbanları sunamisinin bir addımlığındayıq" deyərək, Tehran şəhərinin iki həftəlik bağlanmasına çağırış edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib