Həkim: Hətta kompüter arxasında da şəkəri azaltmaq mümkündür!
05.02.2023 18:14

Həkim-neyroendokrinoloq Yuri Poteşkin kompüter qarşısında, stol arxasında oturarkən belə qan şəkərini necə azaltmağın sirrini açıb. 

 

Aztibb.az novostivl.ru-ya istinadən xəbər verir ki, bunun sirri oturarkən belə bir az fiziki fəaliyyətlə məşğul olmaqdır. Məsələn, ayaqla məşqlər etmək, ayağın qaldırılması, endirilməsi və s. 

 

Araşdırmalara görə, hətta kiçik bir məşq qan şəkərini aşağı salmağa kömək edə bilər. 

 

“Ayaqların hərəkəti zamanı əzələ qan qlükozasından istifadə edir, qlikogen istehlak olunur və bundan sonra qanda qlükoza azalmağa davam edir, çünki əzələ sərf olunan qlikogeni doldurmağa çalışır”, – deyə həkim bildirib. 

 

Davamlı nəticəsi olsun deyə, bu cür məşqlər müntəzəm olaraq aparılmalıdır. Şəkərin azaldılmasının effektivliyi məşqin intensivliyindən asılıdır, buna görə də qaçış və gəzinti ən yaxşı nəticəni verir, lakin işdən yayınmadan oturaq halda edilə bilən məşqlər də faydalıdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama