Bestseller tibbi kitablar: “Füsünkar bağırsaq” – Daxili dünyamıza açılan göz
04.02.2023 11:42

Almaniyalı mikrobioloq Culiya Endersin bu kitabında barəsində insanlar arasında danışılması xoş olmayan, çox vaxt kölgədə qalan, amma olduqca vacib məsələlərə toxunulur: mədə, bağırsaq, həzm, həzm prosesinin gedişatı, həzmin əhval-ruhiyyəmizə təsiri, qidanın vücudumuzdan xaric olunması və s.

 

Həmçinin kitabda tabu mövzusu olan böyük bayıra çıxmanın düzgün qaydalarından və bu qaydalara riayət olunmasının insan sağlamlığına necə müsbət təsir göstərməsindən danışılır.

 

Bütün bunlar elə bir elmi-bədii üslubda verilir ki, kitabı oxuduqca insan həm zövq alır, həm də elmi bilgilərə yiyələnir. Kitab həm tibb sahəsində oxuyan tələbələr üçün əhəmiyyətli olmaqla yanaşı, eyni zamanda bütün insanlar üçün də faydalıdır, çünki hər bir insan öz sağlamlığının qeydinə özü qalmalıdır və bu kitabda da bununla bağlı dəyərli elmi məsləhətlər yer alır.

 

Kitab “Qanun” nəşriyatı tərəfindən Azərbaycan dilində də çap edilib.

 

Aztibb.az

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib