COVID-19 infeksiyasına 23 nəfər yoluxub
29.01.2023 19:41

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 23 yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.

 

Aztibb.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, sutka ərzində bu infeksiyadan ölüm halı qeydə alınmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 827 min 903 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 min 590 nəfər müalicə olunaraq sağalıb, 10 min 81 nəfər vəfat edib. Aktiv xəstə sayı 232 nəfərdir.

 

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1418, bu günə qədər isə ümumilikdə