Tərkibində şəkər olan içkilər keçəlləşmə riskini artırır - “Nutrients” elmi jurnalı
28.01.2023 16:46

Saç tökülməsinə müəyyən dərmanlar, hormonal dəyişikliklər, stress və genetik amil kimi bir sıra səbəblər gətirib çıxarır. 

 

Aztibb.az yunostsibiri.ru -ya istinadən xəbər verir ki, bu barədə “Nutrients” elmi jurnalında məqalə dərc olunub.  

 

Çinli tədqiqatçılar saç tökülməsi ilə şəkərli içkilər arasında əlaqənin olduğunu müəyyən ediblər. Bunlara şəkərli şirələr, qazlı içkilər, şəkərli qəhvə daxildir.  

 

Bütün bunların gənc kişilərdə saç tökülməsinə səbəb olması ilə bağlı nəticələr 18-45 yaşlarında olan 1028 nəfər arasında keçirilən sorğu zamanı əldə edilib. Respondentlər yüksək şəkərli içkilər içdiklərini bildiriblər. 

 

Daha sonra alimlər insanların orqanizmini, fiziki fəaliyyətini, vərdişlərini, yuxu rejmini və irsi faktorlarını qiymətləndiriblər. Müəyyən edilib ki, insan şəkərli içkiləri nə qədər tez-tez içsə, keçəlləşmə riski bir o qədər yüksəkdir. 

 

Qeyd edilir ki, həddindən artıq miqdarda şəkər qlükoza konsentrasiyasının artmasına səbəb ola bilər ki, bu da poliol yolunun həddindən artıq aktivliyinə gətirir. Bu yol qlükozanın fruktoza çevrildiyi yer kimi tanınır. Bu proses çox aktivdirsə, saçın tökülməsi də daxil olmaqla digər sağlamlıq problemləri yaranır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib