Ürəklə bağlı ölümlər COVID-19 pandemiyasının ilk ilində kəskin şəkildə artıb
27.01.2023 15:13

Amerika Ürək Assosiasiyasının məlumatları pandemiyanın ilk ilində COVID-19-un ürək-damar sağlamlığına və ölüm nisbətlərinə böyük təsirini ortaya qoyur.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, məlumatda qeyd olunur ki, ABŞ-da ürək xəstəliyi və insult kimi ürək-damar problemlərindən ölümlər 2019-cu ildə 874 min 613 idisə, 2020-ci ildə bu rəqəm 928 min 741-ə yüksəlib. Yaşa uyğunlaşdırılmış ölüm nisbəti də on ildə ilk dəfə 2020-ci ildə artıb. 

 

San-Fransiskodakı Kaliforniya Universitetinin tibb üzrə professoru Mişel Albert Amerika Ürək Assosiasiyası və Milli Sağlamlıq İnstitutları tərəfindən tərtib edilən illik hesabatı təqdim edərkən, COVID-19-un ürək-damar sağlamlığına həm birbaşa, həm də dolayı yolla təsir etdiyini deyib.

 

Hesabat pandemiyanın ilk ilində amerikalıların sağlamlığına və uzunömürlülüyünə böyük ziyan vurduğuna dair sübutlar ortaya qoyub. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin əvvəlki nəticələri 2020-ci il üçün hər bir demoqrafik qrupda ürək xəstəliyindən ölüm nisbətinin pisləşdiyini hesablayıb.

 

 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib