Çin COVID-19 haqqındakı "dezinformasiya"lara xüsusi diqqət edəcək
22.01.2023 23:35

Çin Kiberməkan İdarəsi (CAC) Bahar Festivalı zamanı internetdə COVID-19 epidemiyası ilə bağlı yazılara qarşı tədbir görəcəyini bildirib. 

 

Aztibb.az 525-ci qəzetə istinadla xəbər verir ki, qurumdan verilən açıqlamada fevral ayının sonuna qədər internetdə COVID-19 epidemiyası ilə bağlı “yalan məlumat və dedi-qodu” yayan və “ümidsizlik hissini artıran” yazıların bloklanacağı açıqlanıb. 

 

COVID-19 siyasətləri, antiviral müalicələr və xəstə təcrübələri ilə bağlı paylaşımları ilə ictimaiyyəti çaşdıran, çaxnaşma yaradanların cəzalandırılacağı bildirilib və yaşayış yerlərindəki vəziyyətlə bağlı məlumat paylaşan şəxsi hesabların sosial şəbəkələrdə paylaşılacağı vurğulanıb. Açıqlamada: “Bir bölgə ilə bağlı ittihamlar ehtiva edən, qəsdən təşviş yayan, cəmiyyətin qaranlıq tərəflərini şişirdən yazıların bloklanacağı”, - bildirilib. 

 

Çində ənənəvi Ay təqviminə görə yeni ilin qeyd olunduğu Bahar Festivalı zamanı daxili səyahətlərin artması səbəbindən COVID-19 hadisələrinin ölkə daxilində artacağı təxmin edilir. Mütəxəssislər xəbərdarlıq edir ki, bu dövrdə sağlamlıq imkanları məhdud olan kiçik şəhərlərdə və ucqar kənd yaşayış məntəqələrində baş verə biləcək epidemiyalar problemlər yarada bilər

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib