Trampın seçki kampaniyasının rəhbərində də koronavirus aşkarlandı
03.10.2020 11:04

ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının rəhbəri Bill Stepien koronavirusa yoluxub.

 

Bu barədə “Politico” nəşri məlumat yayıb.

 

Bildirilib ki, B.Stepienə cümə günü koronavirus diaqnozu qoyulub. Onda qripə bənzər yüngül simptomlar olduğu bildirilir. 42 yaşlı Stepien karantin müddəti bitənə qədər evdən işləmək niyyətindədir.

 

Xatırladaq ki, daha əvvəl D.Trampın özü koronavirusa yoluxduğunu, xəstəxanaya yerləşdirildiyini bildirmişdi.