Peyvənddən imtina sağlamlıq üçün ciddi təhlükədir
20.01.2023 20:07

Peyvəndlər insanlarda və ya heyvanlarda xəstəliyə səbəb olan bakteriya, virus və ya bəzi mikroblar tərəfindən ifraz olunan toksinləri zərərsizləşdirmək və sağlam insanlara vermək üçün hazırlanmış bioloji məhsullardır. 

 

Aztibb.az-ın cumhuriyet.com.tr-yə istinadən məlumatına görə professor Fatih Kurt bildirir ki, peyvəndlərin məqsədi bədənimizə xəstəliyə səbəb olan bakteriya, virus və ya toksinləri tanıtmaq, immunitet sistemini bunlara qarşı xəbərdar etmək və xəstəliklərin yaranmasının qarşısını almaqdır. 

 

Vücudumuz peyvənd olunduğumuz zaman bu mikrobla qarşılaşarsa, immunitet sistemi aktivləşir və antikor dediyimiz orqanizmi qoruyan maddələr istehsal edir. Antikorlar mikrobları yox edərək xəstəliyin inkişafının qarşısını alır. Peyvəndlərin müalicəvi deyil, yalnız profilaktik məqsədlər üçün olduğunu söyləyən professor bu səbəbdən xəstəliyin törədicisi ilə qarşılaşmadan əvvəl peyvənd edilməsinin vacib olduğunu vurğulayıb. 

 

Uşaqları peyvəndlə qarşısı alına bilən xəstəliklərdən qorumaqla və bu xəstəliklərin səbəb ola biləcəyi əlillik və ölümün qarşısının almağın mümkün olduğunu dilə gətirən mütəxəssis bu yolla uşaqların cəmiyyətdə virus və ya bakteriyaların törətdiyi epidemiyalardan qoruna biləcəyini deyib. 

 

Peyvənddən sonra qızdırma, baş ağrısı, əzələ ağrısı və iştahsızlıq kimi qısa müddətli yan təsirlər görülür. Lakin uzunmüddətli yan təsirlər gözlənilmir. Eyni anda birdən çox peyvənd verilə bilər. Ancaq eyni peyvəndin iki dozası arasındakı vaxta diqqət yetirilməli və vaxtından əvvəl edilməməlidir. Bundan əlavə, iki canlı virus peyvəndi hazırlanacaqsa, onlar ya eyni gündə verilməli ya da aralarında ən azı 4 həftə olmalıdır. 

 

Peyvəndlərlə autizm spektri pozğunluqları arasında heç bir əlaqənin olmadığını və bir çox araşdırmanın bunu sübuta yetirdiyini qeyd edən professor xalq sağlamlığının mühüm elementi kimi peyvəndin bu və buna bənzər yalan məlumatlarla ləkələndiyini vurğulayıb: "Bu, əhalinin sağlamlığı üçün çox ciddi təhlükədir. Xahiş edirəm, uşaqlarımızın və cəmiyyətimizin sağlamlığı üçün vaxtında peyvənd edək".

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır