Gürcüstanda koronavirusla əlaqədar qaydalar sərtləşdirilir
02.10.2020 19:27

Gürcüstanda COVID-19 virusunun sürətlə yayılmasının qarşısını almaq üçün qadağalar yenidən sərtləşdirilir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

 

Onun sözlərinə görə, yeni qaydaların tətbiqi ilə əlaqədar yeni protokol hazırlanıb. Sənədə əsasən ölkədə koronavirusa yoluxan şəxslə sıx təmasda olanlar tibbi yoxlama aparılmadan dərhal təcrid olunacaqlar. Həmin şəxslər 14 günlük karantinə alınacaqlar.

 

Sentyabrın 15-dən etibarən Gürcüstanda karantin müddətinə dəyişiklik edilmişdi. Qonşu ölkəyə daxil olanlar 8, virusa yoluxan şəxslə birbaşa təmasda olanlar isə 12 günlük karantin nəzarətinə götürülürdü.

 

Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze də yaranmış gərgin vəziyyətlə əlaqədar əhaliyə müraciət edib. Nazir Gürcüstan əhalisini evdə qalmağa dəvət edib.

 

Onun sözlərinə görə, hökumət ölkə ərazisində məhdudiyyətlər tətbiq etmək niyyətində deyil.

 

“Bununla belə mən əhalini evdən çıxmamağa və bir-birinin qayğısına qalmağa çağırıram ki, heç bir məhdudiyyət tətbiq olunmasın”, – deyə Tikaradze vurğulayıb.

 

E.Tikaradze bir daha hamını tibbi maska taxmağa və sosial məsafə saxlamağa çağırıb.

 

Qeyd edək ki, son 2 gün ərzində Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 400-ü ötüb.

 

Təkcə son sutka ərzində ölkədə daha 453 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 7093-ə çatıb. Pandemiya qurbanlarının sayı isə 46 nəfərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib