Uşaqlarda adenoid və badamcıq problemləri - Diqqətdən kənarda qalmamalı!
15.01.2023 10:44

Türkiyəli Qulaq Burun Boğaz Mütəxəssisi Dr. Yunus Karadavut uşaqlarda adenoid və badamcıq əməliyyatları ilə bağlı açıqlama verib. 

 

Adenoidin qısa təsvirini verən Dr. Karadavut bildirib ki, badamcıqlar və adenoidlər tənəffüs və həzm sisteminin başlanğıcında yerləşən və ilk olaraq tənəffüs edilmiş hava, qida və içki ilə təmasda olan immunitet sistemi toxumalarıdır.  

 

Aztibb.az cumhuriyet.com.tr-yə istinadən xəbər verir ki, adenoid və badamcıq problemləri məktəbəqədər və məktəb yaşlı uşaqlarda daha çox rast gəlinir. Soyuq hava, yuxarı tənəffüs yollarının infeksiyalarının artması kimi şərtlər də adenoid və badamcıq problemlərini tətikləyir. 

 

Adenoidlərin həddindən artıq böyüməsi ilə burun tutulması, ağzı açıq yatmaq, xoruldama, yuxu apnesi, tez-tez təkrarlanan yuxarı tənəffüs yollarının infeksiyaları, dişlərin, üz və çənənin inkişafında pozğunluqlar, tez-tez orta qulaq infeksiyaları, eşitmə itkisi, ağız qoxusu, iştahsızlıq, danışma pozğunluğu kimi davamlı burun şikayətləri meydana gələ bilər. 

 

Belə hallarda və dərman terapiyasından sonra nəticə alınmayan hallarda cərrahiyyə məsləhət görülür. Bundan əlavə, uşaqlarda il ərzində 5-6 dəfədən çox qızdırmalı tonzillit, badamcıqların absesi, badamcıqların həddən artıq ölçüdə olması səbəbindən xoruldama, yuxu apnesi, udma çətinliyi varsa cərrahi müdaxilə məsləhət görülür.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır