Antonio Quterreş: "COVID-19 təhlükəsi işıq sürəti ilə yayılır, lakin onunla mübarizə apara bilərik"
02.10.2020 08:47

BMT-də koronavirusa qarşı vaksinin hazırlanması zamanı əməkdaşlıq məsələlərinə həsr edilən yüksəksəviyyəli görüş keçirilib. Görüş “COVID-19 pandemiyasının sonunu yaxınlaşdırmaq” şüarı altında təşkil olunub.

 

Tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş koronavirus testlərinin, dərman və vaksininin hazırlanması və paylanmasını sürətləndirə biləcək ACT-Accelerator mexanizminin vacibliyindən söz açıb.

 

Baş katib COVID-19 pandemiyasını qlobal həmrəyliyin ən ciddi sınağı adlandırıb: “Virusu yalnız birləşərək məğlub edə biləcəyimizi başa düşmək üçün dərin ağıl lazım deyil. COVID-19 bütün dünyada insanları və iqtisadiyyatları təhdid edir. Bu təhlükə işıq sürəti ilə yayılır”.

O, COVID-19-dan ölənlərin sayının bir milyonu keçdiyini xatırladaraq deyib: “Yoluxma halları artmaqdadır və bir çox ölkədə ikinci dalğanın həyəcanverici əlamətlərini görürük”. BMT rəhbəri vurğulayıb ki, testlərə və müalicəyə çıxışın genişləndirilməsi və COVID-19 vaksinin həqiqətən hər kəs üçün əlçatan olması - bu hədəflər hər ölkənin milli və iqtisadi maraqlarına cavab verir. Beynəlxalq ictimaiyyət artıq lazımi vasitəyə malikdir – bu, ACT-Accelerator və COVAX vaksinləri üzrə onun komponentidir.

 

Quterreş bildirib ki, bu həftə ACT-Accelerator sayəsində orta və aşağı gəlirli ölkələrin COVID-19 üçün 120 milyon yüksək keyfiyyətli və ucuz sürətli test ala biləcəkləri elan olunub.

 

“Aparıcı beynəlxalq səhiyyə təşkilatları, tədqiqat institutları, fondlar və özəl təşkilatlar bu unikal modelin işlədiyini sübut etmək üçün gecə-gündüz çalışırlar”, - deyə Quterreş vurğulayıb. O, maddi dəstəyin kəskin şəkildə artırılmasının lazım olduğunu əlavə edib.

 

Baş katibin sözlərinə görə, ACT-Accelerator-ın maksimum mümkün nəticələr verməsi üçün 35 milyard dollar lazımdır. Baş katib bildirib ki, əks təqdirdə, vaksinin istehsalı və alınmasını əvvəlcədən maliyyələşdirmək, onun ehtiyatlarını yaratmaq, elmi araşdırmaları fəallaşdırmaq və ölkələrə çatdırılacaq vaksinlərdən optimal şəkildə yararlanmaq mümkün olmayacaq.

 

Antonio Quterreş xatırladıb ki, pandemiya hər ay dünya iqtisadiyyatına 375 milyard dollar ziyan vurur. Ötən doqquz ayda 500 milyon iş yeri itirilib. O, yaxın üç ayda hökumətləri və digər tərəfdaşları zəruri dəstəyi əhəmiyyətli dərəcədə artırmağa çağırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib