Koronavirusun XBB.1.5 variantının ƏLAMƏTLƏRİ
03.01.2023 16:36

Alimlər xəbərdarlıq edirlər ki, XBB.1.5 adlı yeni variant koronavirusun əvvəlki variantlarına nisbətən daha asan yoluxur. Eyni zamanda, koronavirusa qarşı peyvənd olunan insanları da yoluxdura bilir.

 

Aztibb.az xarici KİV-lərə istinadla xəbər verir ki, mütəxəssislər XBB.1.5 variantının dünya səhiyyə sisteminə təzyiq göstərə biləcəyini deyirlər. Bununla belə, yeni variantın əvvəlki variantlardan daha ciddi xəstəliklərə səbəb olduğuna dair hələ heç bir dəlil yoxdur.

 

XBB.1.5 ştamı mutasiyaya uğramış variantdır. Böyük Britaniyada dekabrın 10-dan 17-dək koronavirusa yoluxanların 4 faizində XBB.1.5 ştamı təsdiqlənib.

 

Mütəxəssislər bildirirlər ki, XBB.1.5 “Omicron XBB”nin mutasiya edilmiş versiyasıdır və ilk dəfə avqust ayında Hindistanda aşkarlanıb.

 

BJ.1 və BA.2.75 variantlarının kombinasiyası olan XBB cəmi bir ay ərzində bəzi ölkələrdə yoluxma hallarını dörd dəfə artırıb.

 

Varvik Universitetinin virusoloqu, professor Lourens Yanq bildirib ki, “XBB.1.5 variantı çox yoluxucudur və xüsusən də yaşlılar arasında xəstəxanaya yerləşdirmə sayının artmasına səbəb olur. İmmunitetin azalması, soyuq hava səbəbindən daha çox evdə olmaq, eləcə də tibbi maskaları taxmamaq infeksiyaların artmasına kömək edir”.

 

XBB.1.5-ə yoluxma halları ən azı 74 ölkədə təsdiqlənib. Bu ölkələrə Türkiyə, İngiltərə, Çin, Hindistan, Pakistan, İndoneziya və Avstraliya daxildir.

 

Mütəxəssislər XBB.1.5 variantının simptomlarının digər “Omicron” variantlarına bənzədiyini bildirirlər və simptomları aşağıdakı kimi sıralayırlar:

 

- Öskürək

- Soyuqdəymə simptomları

- Qızdırma

- Boğaz ağrısı

- Bədən ağrıları.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib