Virus və bakteriyalara qarşı yeni məhsul hazırlandı - KƏŞF
01.10.2020 13:12

Antalya Teknokentdə fəaliyyət göstərən Nanoen Tədqiqat və İnkişaf qrupu səthlərdə virus, bakteriya və göbələklərə qarşı ion nano gümüş olan bir maye hazırlayıblar.

 

Aztibb.az xəbər verir ki, bu barədə məhlulun yaradılmasında iştirak edən həkimlərdən biri Ertuğrul Arpaç məlumat verib.

 

O, bazarda satılan antimikrobial xüsusiyyətləri olan maye məhsulları araşdırdıqlarını və daha təsirli və qalıcı bir qoruma təmin edəcək "Nanodis" adlı bir maye inkişaf etdirdiklərini bildirib.

 

Akdeniz Universiteti Xəstəxanasının Stomatologiya Fakültəsi klinikasında məhsulu sınadıqlarını söyləyən Arpaç, mayenin bakteriya, göbələk və viruslara qarşı yüzdə 99,99 qoruma təmin etdiyini təyin etdiklərini qeyd edib.

 

İstehsal etdikləri məhsulun mövcud məhsullardan fərqli olduğunu müdafiə edən Arpaç, "Məhsulumuzda ion nano gümüş var. İon gümüşü ilə səthə çıxan hər hansı bir virus, bakteriya və ya göbələk varsa onu məhv edirik".

 

"Maye kompüterlərdə, cib telefonlarında və maskalarda istifadə oluna bilər. Məhsul 7 günə qədər təsirli qoruma təmin edir. Birdəfəlik istifadə olunan maskalara səpildikdə, xaricdən gələn virusların, bakteriyaların, göbələklərin ağız və burnuna çatmasının qarşısını alır", - deyə, həkim vurğulayıb

 

O, bu məhsulun patentləşdirildiyini və Türkiyədə deyil, bütün dünyada da satışa çıxarılacağını deyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub