Əvvəlki səhvlərimizdən nəticə çıxarsaq, virusun öhdəsindən gələ bilərik - Antoniu Quterriş
30.09.2020 10:12

BMT-nin Baş katibi Antoniu Quterriş hökumətləri və adi insanları əvvəlki səhvlərdən nəticə çıxarmağa və insanları xilas etmək üçün məsuliyyət daşımağa - əməkdaşlıq etməyə, elm adamlarını dinləməyə, yalan məlumatlar yaymamağa, fiziki məsafəni qorumağa, maska taxmağa və əlləri yumağa çağırıb.

 

Aztibb.az Birləşmiş Millətlər Təşkilatının (BMT) xəbərlər xidmətinə istinadla bildirir ki, koronavirus infeksiyasından bu günədək ölənlərin sayı 1 milyon 7 min 223 nəfəri keçib.

 

A.Quterriş bu heyrətləndirici rəqəmin arxasında konkret insan həyatının - kimsənin ata və anası, həyat yoldaşı, qardaş və bacısı, dost və həmkarlarının dayandığını unutmamağa çağırıb.

 

COVID-19 milyonlarla insanın həyatını alt-üst etməklə yanaşı, yeni insanın həyata gəlməsini bayram etmək və ya bizə əziz olan insanları son mənzilə yola salmaq imkanından məhrum etdiyini vurğulayan BMT-nin başçısı ritorik sual verib: “Əl verib görüşə bilmədiyin, mehribanlıqla qucaqlaşmadığın və ayrılanda son dəfə ona “Mən səni sevirəm” deyə bilmədiyin insanla bu normal vidalaşmadımı”?

 

“Hələlik pandemiyanın sonu görünmür. Bu isə o deməkdir ki, insanlar bundan sonra da iş yerlərini itirəcək, təhsil almayacaq və normal həyata qayıda bilməyəcəklər”, - deyə Baş katib xəbərdarlıq edib.

 

Lakin bütün bunlara baxmayaraq, A.Quterriş əmindir ki, əgər biz əvvəlki səhvlərimizdən nəticə çıxara bilsək, bu virusun öhdəsindən gələ biləcəyik. BMT rəhbərinin sözlərinə görə, liderlərin məsuliyyətli olması, məsələlərə elmi cəhətdən yanaşması, əməkdaşlıq və düzgün informasiyaya önəm verməsi bu gün xüsusilə vacibdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib