Dünya Bankının rəhbəri koronavirusa qarşı peyvənd üçün 12 milyard dollarlıq planın təsdiqlənməsini istəyir
30.09.2020 09:26

Dünya Bankının prezidenti David Melpas direktorlar şurası tərəfindən yoxsul və inkişaf etməkdə olan ölkələrin sakinləri arasında koronavirusa qarşı peyvəndin yayılmasının maliyyələşdirilməsi planının təsdiqini istəyir.


Aztibb-az-ın məlumatına görə, D.Melpas bu məqsəd üçün 12 milyard dolların ayrılmasının lazım olduğunu bildirib.

 

Rəhbər deyib ki, bu vəsait peyvənd hazır olan kimi dərmanın kifayət qədər istehsal edilə biləcəyini təmin edəcək. Melpas peyvəndin paylanması üçün nəzərdə tutulan vəsaitin təşkilatın 30 iyun 2021-ci ilədək pandemiyaya qarşı mübarizə aparmaq üçün ayrılan 160 milyard dollarlıq paketin bir hissəsi olduğunu qeyd edib.

 

Hazırda dünyada 100-dən çox potensial koronavirus peyvəndi hazırlanır. Bunlardan 40-dan çoxu könüllülər üzərində aparılan klinik sınaqlardan keçirilir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib