Fransada koronavirusun növbəti dalğası başlayıb
01.12.2022 09:41

Fransada COVID-19 pandemiyası yenidən baş qaldırıb. Ölkədə gündəlik 50 mindən çox yeni yoluxma qeydə alınıb və son 24 saatda 88 nəfər bu virusun qurbanı olub.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, son günlər ölkədə koronavirusa yoluxanların sayı artmaqda davam edir. Xəstəxanalarda 19 mindən çox, reanimasiya şöbələrində isə 1076 virus xəstəsi yerləşdirilib.

 

Son sutkada xəstəxanalara 1511, reanimasiya şöbələrinə isə 124 pasiyent daxil olub.

 

Fransanın Baş naziri yenidən insanları ictimai nəqliyyatda, eləcə də qapalı məkanlarda qaydalara riayət etməyə, maska taxmağa çağırıb. Bildirilib ki, virusun yayılması yenidən intensivləşir və bu - 9-cu dalğa virusun hələ tam yoxa çıxmadığından xəbər verir.

 

Qeyd edək ki, pandemiya başlayandan ölkədə virus qurbanlarının ümumi sayı 158 min 859 nəfərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib