Meymunçiçəyinin adı “empoks”la əvəz edilib
29.11.2022 12:20

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ekspertləri ilə apardığı bir sıra məsləhətləşmələrdən sonra meymunçiçəyinə (monkeypox) sinonim qismində yeni, “empoks” (mpox) terminini təsdiqləyib. 

 

Aztibb.az ren.tv-yə istinadla xəbər verir ki, “meymunçiçəyi” termini tədricən istifadədən çıxana qədər bir il ərzində hər iki ad eyni vaxtda istifadə olunacaq.

  

ÜST Xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT) yenilənmə prosesinə müvafiq olaraq bir sıra ekspertlər, həmçinin üzv ölkələrin və geniş ictimaiyyətin nümayəndələri arasında sorğu apararaq qərara alıb ki, “empoks” bir il keçid dövrü ərzində daha üstün tutulan termin olacaq. Bu, xəstəliyin qlobal yayıldığı vaxt adın dəyişdirilməsi ilə bağlı yaranan qarışıqlıqdan çəkinmək imkanı verəcək.

 

“Empoks” termini XBT-nin ilk onluğuna yaxın günlərdə əlavə ediləcək və 2023-cü ildə XBT-11-in rəsmi nəşrinə daxil olacaq. Qərara alınıb ki, “empoks” termini başqa dillərdə də istifadə oluna bilər.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU əməkdaşından iki mühüm beynəlxalq nailiyyət: Q1 jurnalında elmi məqalə və ESE-də “Certified member” statusu   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb