Ekspertlər: "COVID-19 vaksinindən ötrü 500 min köpəkbalığı öldürülə bilər"
29.09.2020 08:50

Kaliforniyada köpəkbalıqlarının mühafizəsi qrupunda fəaliyyət göstərən ekspertlərin fikrincə, COVID-19 əleyhinə vaksin istehsalı üçün 500 min köpəkbalığı öldürülə bilər. Bu barədə “Telegraph” qəzeti məlumat yayıb. COVID-19 əleyhinə potensial vaksinin tərkib hissələrindən biri skvalendir ki, bu da köpəkbalığının qaraciyərində olur.

 

Aztibb.az ria.ru saytına istinadla xəbər verir ki, Britaniyanın “GlaxoSmithKline” əczaçı şirkəti qrip əleyhinə vaksin üçün adyuvantların yaradılmasında köpəkbalığı qaraciyərindən əldə olunan skvalendən istifadə edir. Şirkət may ayında bildirib ki, koronavirus əleyhinə potensial istifadə üçün bu birləşmədən milyard doz istehsal etmək fikrindədir.

 

“Shark Allies” - köpəkbalıqlarının müdafiəsi qrupunun hesablamalarına görə, dünyada bütün insanlara COVID-19 əleyhinə bir doza vaksin vurulması üçün ümumilikdə 250 min köpəkbalığının öldürülməsi tələb olunur. Əgər bir nəfərə iki doza lazım gələrsə, müvafiq rəqəm iki dəfə artacaq.

 

“GlaxoSmithKline” şirkətinin nümayəndəsi bildirib ki, təmsil etdiyi kompaniya ətraf mühitin mühafizəsi prinsiplərinə sadiqdir və alternativ xammal mənbələrindən istifadənin mümkünlüyünü öyrənir.

 

İyul ayında Böyük Britaniya hökumət COVID-9 əleyhinə 60 milyon doza vaksinin tədarükünə dair Fransanın “Sanofi”, habelə “GlaxoSmithKline” şirkəti ilə saziş bağlayıb. Bu şirkətlər aprel ayında koronavirus əleyhinə vaksinin hazırlanmasında umun səylərinin birləşdirəcəklərini elan ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib