Danimarka Peyvənd İnstitutu: COVID-19-dan xəstəxanaya yerləşdirilənlərin azalması peyvəndin dördüncü dozasının nəticəsidir
27.11.2022 16:17

Danimarka Dövlət Peyvənd İnstitutunun yeni hesabatına əsasən, krallıqda koronavirusla bağlı xəstəxanaya yerləşdirilənlərin sayının azalması vaksinin gücləndirici - dördüncü dozasının istifadəsinin nəticəsində müşahidə olunur.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, institutun təqdim etdiyi peyvəndin effektivliyi ilə bağlı təhlillər göstərir ki, 2022-ci il sentyabrın 15-dən etibarən dördüncü dozanı qəbul edən insanlar COVID-19-a görə xəstəxanaya yerləşdirilməkdən effektiv şəkildə qorunur. Belə ki, statistik məlumatlara əsasən, dördüncü peyvənd dozasını qəbul edən insanlar, yalnız üç doza qəbul edənlərdən virus qarşısında təxminən 75 faiz daha yaxşı qorunur.

 

Peyvənd İnstitutunun məlumatına görə, krallığın 50 yaşdan yuxarı əhalisinin təxminən 72 faizi peyvəndin dördüncü dozasını artıq qəbul edib.

 

İnstitutun mütəxəssisləri qeyd edirlər ki, keçən həftə Danimarkada COVID-19 infeksiyasında təsdiqlənmiş hallar sayında azalma müşahidə olunub, eyni tendensiya virusla xəstəxanaya yeni yerləşdirmə sayında da özünü göstərib. Bununla yanaşı, çirkab su nümunələrində COVID-19 konsentrasiyası əvvəlki həftələrlə müqayisədə sabitləşib. Bütün bunlar virusla mübarizədə vaksinlərin effektivliyini bir daha sübut edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib