Son sutka ərzində İranda koronavirusdan 190 nəfər həyatını itirib
28.09.2020 16:01

Son sutka ərzində İranda 3 min 512 nəfər koronavirusa yoluxub, 190 nəfər isə həyatını itirib.

 

Bu barədə məlumatı İran Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında verib.

 

Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 449 min 960, yoluxaraq ölənlərin sayı isə 25 min 779-ə yüksəlib.

 

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 4 min 68 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 376 min 531nəfər isə sağalaraq evə buraxılıb.

 

Qeyd edək ki, İranın 31 vilayətindən 29-u qırmızı zonaya daxildir. Məhərrəm ayı ilə əlaqədar olaraq ölkə ərazisində bütün dini tədbirlər qadağan edilib. Maska taxmayanlara qarşı tətbiq olunan cərimələrin məbləği artırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib