Sevil Orucova: "Vətən müharibəsində qazanılmış Zəfər həm də səhiyyəmizin zəfəridir"
09.11.2022 19:24

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Zəfərlə başa çatdı. Qazanılmış qələbədə müzəffər Azərbaycan Ordusu ilə yanaşı, onların sağlamlığının keşiyində dayanan həkimlərin də böyük rolu olub. Qürurvericidir ki, bu Zəfər səhiyyəmizin də yüksək səviyyədə qurulduğunun təsdiqi oldu.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri Nərimanov Tibb Mərkəzinin həkim-pediatrı Sevil Orucova söyləyib.

 

Onun sözlərinə görə, Nərimanov Tibb Mərkəzinin əməkdaşları direktor, t.ü.f.d. Fazil Alməmmədovun rəhbərliyi ilə öz cəbhəsində əsgər olub, hər biri ayrı-ayrılıqda özü boyda qələbə bayrağına çevrilərək qalibiyyətin, zəfərin müjdəçisinə çevrildi. Nərimanov Tibb Mərkəzinin təhkim olunduğu Şuşa Modul tipli Xəstəxanada həkimlərimizin göstərdiyi xidmətdən fəxrlə danışa bilərik. Şuşa Modul tipli Xəstəxanada həkimlərimiz canla-başla dədə-baba torpaqlarından uzaq düşmüş vətəndaşlarımıza, öz doğma yurdlarına qayıtması prosesində yaxından iştirak edən şəxslərə yüksək keyfiyyətlə tibbi xidmət göstərirlər.

 

Sevil Orucova qeyd edib ki, müasir dövrdə müharibələr yalnız siyasi-inzibati sərhəddə getmir və əsgər olmağın tək yolu əlinə avtomat alıb döyüş bölgəsinə getmək deyil. Müharibə şəraitində olan dövlətimizdə, erməni ilə müharibədə qalibiyyət üçün hər kəs öz sahəsi üzrə mübarizəyə qalxdı, bütün fəaliyyət sahələri cəbhəyə çevrildi. hər kəs öz cəbhəsində əsgər oldu və hər cəbhənin də öz savaş metodları var.

 

"Müharibədə döyüşənlərlə eyni səngərdə olmaq, ehtiyacı olan döyüşçünün imdadına çatmaq, yaralı əsgər və zabitlərimizi, qazilərimizi sağlamlığına qovuşdurmaq da döyüşməkdir. Səhiyyəmiz də döyüşdü, bu Zəfər həm də səhiyyəmizin zəfəridir", - deyə həkim bildirib.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib