Dünyada koronavirusdan ölənlərin sayı 1 milyona çatır
26.09.2020 17:12

Pandemiyanın başlanğıcından bəri dünyada 994 313 nəfər koronavirusdan ölüb. Bu isə o deməkdir ki, virusa yoluxanların 4 %-i dünyasını dəyişib. 

 

Aztibb.az “Worldometers”ə istinadən xəbər verir ki, ötən gün 5 818 nəfər pandemiyanın qurbanı olub.

 

İndiyədək 32 803 482 nəfərə COVID-19 diaqnozu qoyulub. Onların böyük hissəsi – 24 199 670 nəfəri sağalsa da, virusun yayılması səngiməyib. Hazırda dünyada aktiv xəstələrin sayı 7,6 milyonu ötüb.  

 

Dünyada indiyədək ən çox yoluxma faktı sentyabrın 18-də qeydə alınıb – 322 648 yoluxma. Ən çox ölüm halı isə 5 ay öncə – aprelin 17-də baş verib – 8 513 ölüm.

 

Koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilən 63 939 pasiyentin vəziyyəti kritikdir.

 

Hazırda koronavirusun ən geniş yayıldığı ölkələr ABŞ (7 245 723), Hindistan (5 908 748) və Braziliyadır (4 692 579). Bu üç ölkə COVID-19-dan ölüm hallarına görə də liderdirlər. Belə ki, ABŞ-da 208 483, Braziliyada 140 709, Hindistanda isə 93 440 ölümcül virusun qurbanı olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib