Natiq Əliyev: Bəzən yoluxma saylarının minimum həddə enməsi bizi aldatmamalıdır
01.11.2022 10:28

Son bir heçə həftədir ki, COVID-19-a yoluxanların sayında artıb-azalmalar müşahidə olunur. Çünki dünyada pandemiya hələ də davam edir. Nə zaman ki bütün ölkələrdə gündəlik statistik göstəricilər sıfırlanacaq, o zaman biz pandemiya bitdiyinə əmin olacağıq. Odur ki, bəzən yoluxma saylarının minimum həddə enməsi bizi aldatmamalı, məsuliyyətli yanaşmamıza təsir etməməlidir.

 

Aztibb.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev deyib.

 

Həkim-infeksionist bildirib ki, xüsusilə yoluxma saylarında qeyri-stabilliyə təsir edən amillərdən biri payız fəslinin, yəni sentyabrın sonlarından dekabrın sonlarına qədər kəskin respirator infeksiyaların çox aktivləşdiyi dönəmin olmasıdır: “Həmin aktivləşmə gündəlik yoluxma göstəricilərinə də təsir edir. Çünki immun sisteminin zəifləməsi fonunda yanaşı, ikincili infeksiyalar da inkişaf edə bilər”.

 

Rusiyada aşkarlanan ştamlardan danışan N.Əliyev hazırda ölkəmizdə bununla əlaqədar ciddi bir təhlükənin olmadığını, o cümlədən həmin variantların respublika ərazisində qeydə alınmadığını da diqqətə çatdırıb: “Elə olarsa, biz bunu gündəlik yoluxma saylarındakı ciddi artımla müşahidə edəcəyik”.

 

Mütəxəssis Nazirlər Kabinetinin son qərarı ilə karantin rejiminin gələn il yanvarın 1-dək uzadılmasına da münasibət bildirərək deyib: “Karantin rejiminin müddətinin uzadılması isə Ümumdünya Səhiyyə Təşkilatının pandemiyanın bitdiyini elan edəcəyi zamana qədər qabaqlayıcı metodlardan biridir. Bununla paralel olaraq gigiyena qaydalarına, kütləvi toplanma məkanlarında məsafə saxlanılmasına və özündə respirator əlamətlər hiss edənlərin maska rejiminə riayət etməsi məsləhətdir. Xüsusilə yaşlı təbəqə, ağır xroniki xəstəliyi olanlar üçün həm mövsümü infeksiyalar, həm də koronavirus öz ağırlıq dərəcəsini saxlayır. Lakin hazırkı dönəmdə COVID-19-un ağırlaşma dərəcəsi son iki il ərzində ən aşağı haldadır. Lakin bu, o demək deyil ki, insanlar rahat olmalıdırlar. Pandemiya bitənə qədər iki il ərzində təkidlə tövsiyə edilən qaydalara əməl edilməsi vacibdir. Ən önəmli məqamlardan biri də vaksinasiyadan keçməyənlərin peyvəndlənməsi, xüsusilə də “buster” dozanın qəbul edilməsidir”.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb