Kanadada koronavirusun ikinci dalğası başlayıb
24.09.2020 21:08

Kanada koronavirus pandemiyasının ikinci dalğası ilə üzləşib, əhali infeksiya ilə mübarizə tədbirlərinə ciddi əməl etməlidir.

 

Aztibb.az "Interfax" agentliyinə istinadla xəbər verir ki, bu barədə Kanadanın Baş Naziri Castin Trüdo xalqa müraciətində deyib. O, ölkədə ümummilli karantinin elan edildiyi martın 13-də sutka ərzində 47 yeni yoluxma halının qeydə alındığını, sentyabrın 22-də isə bu göstəricinin mindən çox olduğunu xatırladıb.

 

“Biz yazdan daha çətin ola biləcək payızın astanasındayıq. Bu gün və ya sabah qeydə alınacaq göstəriciləri dəyişə bilmərik, onlar artıq iki həftə bundan öncə etdiklərimiz və etmədiklərimiz sayəsində müəyyən olunub”, - deyən Baş Nazir qışın əvvəlinə qədər vəziyyəti dəyişməyin mümkünlüyünü vurğulayıb.

 

Castin Trüdo kanadalıları qoruyucu maskadan istifadə etməyə və koronavirus xəstəsi ilə əlaqədə olacağı təqdirdə istifadəçini xəbərdar edən hökumət əlavəsini smartfonlara yükləməyə çağırıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib