ÜST: dünyada həftə ərzində koronavirusa yoluxma hallarının sayı 10 faiz azalıb
13.10.2022 14:15

Həftə ərzində (3-9 oktyabr) dünyada təxminən 2,9 milyon insan koronavirus infeksiyasına yoluxub, 9 mindən çox insan isə xəstəlik səbəbindən ölüb. 

 

Aztibb.az Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülleteninə istinadla xəbər verir ki, ötən yeddi gün ilə müqayisədə yoluxma hallarının sayı 10 faiz, ölüm hallarının sayı isə 1 faiz azalıb.

 

Yoluxma hallarında əhəmiyyətli dərəcədə azalma Afrika (41 faiz), Cənub-Şərqi Asiya (25 faiz) və Qərbi-Sakit Okean regionunda (21 faiz) qeydə alınıb. Avropada yoluxma hallarının sayı 3 faiz, Amerikada – 10 faiz azalıb. Ölüm hallarının sayı Afrika (53 faiz), Cənub-Şərqi Asiya (23 faiz) və Avropada (12 faiz) azalıb. Bununla belə ölüm hallarının sayı Amerika (11 faiz) və Qərbi-Sakit Okean regionunda (1 faiz) artıb.

 

Almaniya həftə ərzində ən çox - 508 749 yoluxma halı barədə məlumat verib. Ondan sonra Çin (333 830), Fransa (323 787), ABŞ (283 220) və İtaliya (280 947) qərarlaşıb. ABŞ-da yeddi gün ərzində ən çox - 2 817 ölüm halı qeydə alınıb. Daha sonra Braziliya (767), Rusiya (731), Yaponiya (567) və Çin (412) yer alıblar.

 

Oktyabrın 12-nə olan məlumata görə, ÜST-yə pandemiya başlayandan bəri koronavirusa 619 770 633 yoluxma halı və 6 539 058 ölüm halı barədə məlumat daxil olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib