30 milyondan çox COVID-19 peyvəndi atıla bilər
07.10.2022 09:40

Fransada insanlar kifayət qədər peyvənd olunmadığı üçün son istifadə tarixi yaxınlaşan 30 milyon dozadan çox COVID-19 vaksininin atılma riskinin olduğu bildirilib.

 

Aztibb.az "Express Journal"a istinadən xəbər verir ki, Yüksək Sağlamlıq Şurası (HAS) son istifadə müddəti bitən COVID-19 peyvəndlərinin atılmaması üçün ictimaiyyəti peyvənd olunmağa çağırıb. Hökumətin səylərinə baxmayaraq, COVID-19-a qarşı peyvənd olunanların sayının gündə təxminən 20 minə düşdüyü ölkədə 1,85 milyon şüşə "Moderna" və 1,7 milyon şüşə "Pfizer" markalı peyvəndlərin 30 milyondan çox dozasanın son istifadə vaxtına az qalsa da, hələ istifadə edilməyib. 

 

HAS, Avropa Dərman Agentliyi tərəfindən təsdiq edilmiş "Omicron" variantı üçün də etibarlı olan bu "Moderna" və "Pfizer" peyvəndlərinin mümkün qədər tez istifadəsini tövsiyə edib. Şura "Pfizer" və "Moderna"nın birinci nəsil COVID-19 peyvəndlərinin bu kampaniya dövründə prioritet olaraq edilməsini istəməsə də, bu peyvəndlərin "bivalent mRNA" vaksinlərinin gəlişi və təsdiq prosesi tamamlanana qədər hazırlanmağa davam edəcəyini bildirib. Digər tərəfdən, "Pfizer Fransa Peyvəndi" Direktoru David Lepoittevin, müddəti bitmək üzrə olan peyvəndlərin boşa getməməsi üçün peyvənd nisbəti aşağı olan ölkələrə bağışlanmasını təklif edib.

 

Qeyd edək ki, İsveçrə bu yaxınlarda istifadə müddəti bitmiş 294 milyon avro dəyərində olan 10,3 milyon doza COVID-19 peyvəndini məhv edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib