ÜST: "Dünyada ürəyin işemiya xəstəliyi nəticəsində baş verən ölüm hallarının 21%-i tütündən istifadə ilə bağlıdır"  
24.09.2020 09:01

Dünyada ürəyin işemiya xəstəliyi nəticəsində baş verən ölüm hallarının 21 faizi tütündən istifadə ilə bağlıdır.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verir ki, bu, qarşısı alınması mümkün olan təxminən 2 milyon insanın ölümü deməkdir.

 

Ekspertlər bildirirlər ki, tütün məmulatlarından istifadə, həmçinin passiv siqaretçəkmə orqanizmdə iltihab proseslərinə, vasokonstriksiyaya, yəni qan damarlarının lümeninin daralmasına, oksigen səviyyəsinin azalmasına, qan laxtalanmalarının əmələ gəlməsinə və nəticədə işemiya xəstəliyinin inkişafına səbəb ola bilər.

 

Ürəyin işemiya xəstəliyi ürəyin səthindəki koronar arteriyaların lümenində xolesterin və hüceyrə elementlərindən ibarət piy qatlarının - damarların daralmasına səbəb olan “blyaşeklərin” - əmələ gəlməsi səbəbindən yaranır. Buna görə də ürəyə oksigen ilə zənginləşdirilmiş qan axını azalır ki, bu da ürək tutmasına və ya ürəyin ciddi zədələnməsinə, hətta qəfil ölümə səbəb ola bilər.

 

ÜST xəbərdarlıq edir ki, bu proses çox vaxt uzun müddət ərzində inkişaf edir və bir çoxları öz vəziyyətləri barədə yalnız ağır infarkt keçirdikdən sonra xəbər tuturlar.

 

Ürəyin işemiya xəstəliyi dünyada ölüm hallarının artmasının və əmək qabiliyyətinin itirilməsinin əsas səbəbləridir. Bu xəstəlik hər il 9,4 milyon insanın həyatına son qoyur. 

 

ÜST mütəxəssisləri siqareti buraxdıqdan bir il sonra ürəyin işemiya xəstəliyi riskinin iki dəfə azaldığını, 15 il keçdikdən sonra isə ürək-damar xəstəliyinin inkişaf riskinin siqaret çəkməyən əhalinin analoji göstəricilərinə yaxınlaşdığını vurğulayırlar.

 

 

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib