“Johnson & Johnson” koronavirusa qarşı peyvəndin üçüncü sınaq mərhələsinə keçib
23.09.2020 21:34

ABŞ-ın "Johnson & Johnson” əczaçılıq şirkəti COVID-19 infeksiyasına qarşı peyvəndin klinik sınaqlarının üçüncü mərhələsinə başlayır.

Aztibb.az "Interfax" agentliyinə istinadla xəbər verir ki, tədqiqatların yeni mərhələsində həm ABŞ-dan, həm də digər ölkələrdən 60 minə yaxın könüllü iştirak edəcək.

“Johnson & Johnson” ABŞ-da koronavirusa qarşı vaksinin üçüncü sınaq mərhələsinə başlayan dördüncü şirkət olub.

Bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp ölkədə vaksinin 2021-ci ildən xeyli tez istehsal olunacağını deyib. Onun sözlərinə görə, bu istiqamətdə ilk preparat çox güman ki, “Pfizer Inc” şirkətinim hazırladığı peyvənd olacaq.

Eyni zamanda, sentyabr ayında “AstraZeneca” əczaçılıq şirkəti “potensial izah olunmayan xəstəliyin” təhqiqatı ilə əlaqədar COVID-19 əleyhinə vaksinin klinik sınaqlarını dayandırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib